“Qırx dörd günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib”.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən çox partlamamış hərbi sursat aşkarlanıb. Noyabrın 10-dan sonra isə işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib.

İdris İsmayılov qeyd edib ki, hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib.

İ.İsmayılov əlavə edib ki, indiyədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb:

İstinadlar Report