Rusiyada uzunmüddətli perspektivdə kişilərin sayı qadınların sayını ötəcək.

Bu barədə ölkənin Dövlət Statistikası Federal Xidmətinin 2036-cı ilə qədərki proqnozunda deyilir.

Analitiklərin fikrincə, kişi-qadının nisbətinin birincilərin xeyrinə olacağı yeganə region Çukotka olacaq.

Belə ki, xidmətdən bildirilib ki, cari il Rusiya Federasiyasında 1000 kişiyə 1154 qadın düşür, 2036-cı ildə bu nisbət 1000 nəfərə 1128 nəfər təşkil edəcək.

Əks tendensiya yalnız Çukotkada nəzərə çarpır. Burada 1000 kişiyə indi 956 qadın düşür. Həmin regionda 17 il sonra qadınların sayı hər 1000 kişiyə 813 nəfər olacaq. Bu halda 2031-ci ilə kişilərin qadınlara nisbətdə sayı Kamçatkada arta bilər.

Ekspertlər güman edirlər ki, kişi əhalisinin “defisit” səbəbi onların ölüm faizinin daha yüksək riskləri ilə bağlıdır.

İstinadlar Report