Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək.

Bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçkiqabağı proqramın təqdimatında bildirib.

Baş nazir qeyd edib ki, Anakliya layihəsinin yalnız birinci mərhələsində 600 milyon dollar sərmayə qoyulacaq.

“Bu layihənin birinci mərhələsi 2029-cu ildə başa çatacaq. Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək. Bu limanın illik buraxılış qabiliyyəti 600 min konteyner təşkil edəcək və yalnız birinci mərhələdə 600 milyon dollar sərmayə qoyulacaq. Bu, şübhəsiz ki, iqtisadi inkişaf üçün ən vacib layihədir”, – İ.Kobaxidze deyib.

Onun sözlərinə görə, işlər artıq başlayıb, Çin-Sinqapur konsorsiumu ilə müqavilə imzalanıb və Belçika şirkəti limanın dərinləşdirilməsi işlərinə birbaşa başlayacaq.

İstinadlar Report