Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edib.