Ana Vətən Partiyasını Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədin adı bəlli olub.

Bu partiyanın sədri, deputat Fəzail Ağamalı məlumat verib.

O qeyd edib ki, əvvəlki iki çağırışda da MSK-da partiyanı Etibar Quliyev təmsil edib: “Bu dəfə də onun namizədliyi irəli sürülüb”. 

***

Vətəndaş Həmrəyliyi Partiyasının da namizədi müəyyənləşib. Həmin şəxs hazırkı namizəd Almas Qəhrəmanlıdır.

İstinadlar Qafqazinfo