Bakıda ana və qızı öldürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə feysbuk hesabına məlumat paylaşıb.

O qeyd edib ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo