
Qazaxda ana və azyaşlı övladı ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıblar.
Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Məlahət Kərimova və onun iki yaş yarımlıq qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Məlumata görə ehtiyatsızlıq nəticəsində ana və övladının üzərinə qaynar su tökülüb.
Elmar Əli