Ana, qeyri-rəsmi nikahda yaşadığı kişi ilə 11 yaşlı övladını döyərək öldürüb.

Hadisə Goranboy rayon mərkəzində, ailənin yaşadığı evdə baş verib.

Əldə olunan məlumata görə, naməlum səbəbdən Gülay Təhməzova qeyri-rəsmi nigahda yaşadığı Anar Məmmədovla əlbir olaraq 11 yaşlı oğlu, F.Təhməzovu döyərək öldürüb.

Daha sonra izi azdırmaq üçün uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı qamışlığa atıblar.

Hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.