
Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.
Məlumata görə, rayonun Hapıtlı kənd sakini 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə övlad dünyaya gətirib.
Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.