
Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində “An-2” sanitar təyyarəsi sərt eniş edib.
Bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
“Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2″ tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib”, – məlumatda qeyd olunub.