Ukrayna Qərb üçün SSRİ-nin parçalanmasından sonra ikinci əhəmiyyətli hədiyyə oldu.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukrayna simasında Qərb və ilk növbədə Amerikaya belə hədiyyənin verilməsi bizim yuxumuza belə girə bilməzdi. Birinci hədiyyə SSRİ-nin parçalanması, ikincisi isə Ukrayna oldu. Kiyevin NATO-ya birləşdirilməsi imkanından qorxmamaq lazımdır. Bu gün Ukraynada NATO-dan 10 dəfə pis olan insanların sayı kifayət qədərdir. Biz dua edirik ki, orada indiki əli silahlı şəxslər yerinə NATO olsun” – deyə o bildirib.

İstinadlar axar.az