Amerikalıların təxminən yarısı hazırkı prezident Donald Trampın ABŞ tarixindəki ən pis prezidentlərdən biri kimi xatırlanacağını hesab edir.

Bunu NPR radiostansiyası, “PBS NewsHour” proqramı və “Marist” sosioloji şirkətinin keçirdiyi sorğunun məlumatları göstərir.

Sorğu nəticələri amerikalıların 47 %-nin belə düşündüyünü göstərib.

Respondentlərin 16 %-i isə Trampın ABŞ tarixinin ən yaxşı prezidentlərindən biri kimi xatırlanacağına inanırlar.

“Tramp necə xatırlanacaq” sualına rəyi soruşulan amerikalıların 11 %-i “ortadan yaxşı” və “nisbətən orta”, 13 %-i isə “ortadan daha pis” cavabını verib.

İstinadlar Report