ABŞ-da istehlakçılar bu il “qara cümə” günü onlayn alış-veriş zamanı 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekord göstəricidir.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin gün ümumilikdə onlayn satışlar illik müqayisədə 2,3 % artıb. Bu xüsusilə elektronika sektorunda hiss olunub. Belə ki, bu məhsulların onlayn satışı oktyabr ayı ilə müqayisədə orta hesabla 221 % artıb. Digər populyar kateqoriya isə 285 % artımla oyuncaqlar, həmçinin 218 % artımla fitnes avadanlıqları olub.

Lakin bahalaşma və inflyasiya səbəbindən bir çox alıcı hissə-hissə ödəmə yöndəminə baş vurub. Bu ödəniş sxemi ilə alışların sayı keçən həftə ilə müqayisədə 78 % artıb. Telekanal qeyd edib ki, bu il də smartfonlardan əvvəlki illə müqayisədə daha çox sifariş olub – 48 % 44 %-ə qarşı.

Qeyd edək ki, “qara cümə” (ing. “Black Friday”) ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. Türkiyə, Azərbaycan və bir sıra müsəlman ölkələrdə əlamətdar günün adının yerli dini inanca hörmətsizlik olduğu irəli sürülərək “əfsanə cümə” və ya sadəcə ingilis variantı – “black friday” ifadələri istifadə edilir.

İstinadlar Report