
“Qarabağda dağıntılar olsa da, bura əvvəlki kimi yenə gözəl olacaq”.
Bunu “Report”a açıqlamasında 11 ölkədən olan səyahətçilərdən ibarət beynəlxalq qrupun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ABŞ-dan olan səyahətçi Kristian Fleyşer (Christian Fleischer) deyib.
“Dağıntılar istənilən formada pisdir. Odur ki, beynəlxalq ictimaiyyət vandalizm aktlarını qınamalıdır”, – o vurğulayıb.
K.Fleşer bu ərazilərə yenidən səfər edəcəyinə ümidvar olduğunu bildirib.