Amerikalı senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampı qoşunları Suriyadan tam olaraq çıxarmaq fikrindən daşındıracağına ümid edir.

O bunu CNN telekanalının efirində deyib.

Senatorun sözlərinə görə, Vaşinqtonun İŞİD terror təşkilatının Suriyaya daha qayıtmayacağına əmin olması vacibdir.

“Bax buna görə bizə qoşunların bir hissəsini orada saxlamaq lazımdır”, – deyə Qrem bildirib.

Daha əvvəl ABŞ-ın öz hərbçilərinin ilk qrupunu Suriyadan çıxardığı məlum olub.

İstinadlar Report