
Fransa hakimiyyətinin azadlıq uğrunda mübarizə aparan Yeni Kaledoniyadakı kanak xalqına qarşı amansızlığı müstəmləkəçiliyin yeni simasıdır.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Ekspertin fikrincə, Fransa hökuməti insan hüquqlarını pozur və Yeni Kaledoniyanın gələcək iqtisadi inkişafına mane olur: “İğtişaşların və xüsusi mülkiyyətin məhv edilməsinin iqtisadi nəticələri əhəmiyyətlidir. Paris yenidən müstəmləkəçiliyin beşiyinə çevrilmiş kimi görünür”.