ABŞ-ın məşhur aktyoru Bob Saget Florida ştatının Orlando şəhərində qaldığı hotel otağında ölü tapılıb.

Bu barədə ştatın Orinc dairəsinin Polis İdarəsi məlumat yayıb.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Məlumata görə, B.Saget ölümündən bir gün əvvəl Floridanın Ponte şəhərində pərəstişkarları ilə görüşüb. Görüşdə xeyli insan iştirak edib. O, görüşlə bağlı sosial şəbəkədə xoş sözlər yazmışdı.

İstinadlar Report