ABŞ-ın “Fisher İnvestment” şirkətinin sahibi Kennet Fişerin qalmaqallı çıxışı nəticəsində 600 milyon dollardan çox zərər çəkib.

Oktyabrın 8-də San-Fransiskoda keçirilən işgüzar konfrans zamanı sərmayə menecmenti sahəsində qadınların üzləşdiyi çətinliklərə münasibət bildirən 68 yaşlı K.Fişer yeni müştəri cəlb etməyi “bir qızın şalvarına girmək”lə müqayisə edərək cinsiyyət üzvünün də adını çəkib.

Konfrans iştirakçıları kişilərin və qadınların bu şitlikdən ikrah hissi keçirdiklərini bildiriblər.

Bundan bir neçə gün sonra Miçiqan ştatı “Fisher İnvestment”dəki 600 milyon dollar məbləğində təqaüd fondu vəsaitlərini dayandırıb. Daha sonra 175 milyon dollarlıq vəsaiti “Fisher”də olan Florida Təqaüd Fondu, 500 milyon dollarlıq vəsaiti olan “Fidelity İnvestment” şirkəti də “Fisher İnvestment”lə əlaqələrinə yenidən baxdığını açıqlayıb.

Filadelfia Təqaüdlər Komitəsi də “Fisher”in idarəçiliyindəki 54 milyon dollarlıq vəsaitini geri qaytarmağa hazırlaşdığını açıqlayıb.

İstinadlar Report