“ABŞ Rusiyaya qarşı müharibədə Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli arasında baş tutan telefon danışığında bildirilib.

Zalujnı bildirib ki, söhbət zamanı Ukrayna Müdafiə Qüvvələrinin strateji vəzifələrinin icrası müzakirə olunub, bunlardan başlıcası Ukrayna torpaqlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilməsidir:

“Müdafiə və əks-hücum əməliyyatlarımızın uğurlu olmasının vacib şərti müvafiq maddi-texniki resursların təmin edilməsidir. Biz göstərilən köməyə görə səmimi minnətdarıq və tərəfdaşlardan gələcək yardımı səbirsizliklə gözləyirik”.

İstinadlar Report