Müxalif qüvvələrin hökumət mövqelərinə hücum etdiyi Suriyadakı vəziyyət “Hizbullah” hərəkatını daha da zəiflədə bilər.

Bunu Doha Forumunda çıxışı zamanı ABŞ-ın İsrail üzrə xüsusi nümayəndəsi Amos Hohşteyn deyib.

“Düşünürəm ki, Suriyada baş verən hadisələr “Hizbullah” üçün zəifliklər yaradır, çünki Suriyadakı mövcudluğunu azaldan İranın Livan hərəkatını silahla təmin etməsini xeyli çətinləşir”.

Amerikalı diplomat həmçinin bildirib ki, “Hizbullah” Livan daxilində çox güclü təşkilat olaraq qalır.

İstinadlar Report