Amerikalı aktyor Çarlz Qrodin 86 yaşında dünyasını dəyişib.

Qrodinin oğlunun sözlərinə görə, akyorun ölümünə səbəb sümük iliyi xərçəngi olub.

Qrodin “Hiylə-22” (Catch-22, 1970), “Ürəkləri qıran” (The Heartbreak Kid, 1972), “Gecə yarısınadək çatmaq” (Midnight Run, 1988), “Bethoven” (Beethoven, 1992) və digər filmlərdə oynadığı rollarla tanınıb. O, həmçinin Brodvey teatrındakı tamaşalarda iştirak edib. Onun ən məşhur rolları “Çin-çin” (Tchin-Tchin, 1962), “Gələn il bu vaxtı” (Same Time Next Year, 1975) tamaşalarında olub. Bundan başqa, Qrodin “The Charles Grodin Show” adlı tok-şounun aparıcısı olub.

O, 1977-ci ildə musiqiçi Pol Saymona həsr olunmuş mini filmə ssenarinin yazılmasında iştirakına görə praym-taym “Emmy” mükafatına layiq görülüb.

İstinadlar Qafqazinfo