Amerikalı aktrisa, müğənni və rəqqasə Ceyn Pauell 92 yaşında dünyasını dəyişib.

Pauell sentyabrın 16-da Uilton şəhərindəki (Konnektikut ştatı) evində vəfat edib. Ölüm səbəbi dəqiqləşdirilmir.

Yaradıcılığına hələ uşaq ikən başlayan aktrisa 1940-50-ci illərdə populyarlıq qazanıb. Pauell daha çox “Yeddi qardaş üçün yeddi gəlin” (Seven Brides for Seven Brothers”, 1954) müziklindəki baş rolu ilə məşhurdur. O, həmçinin “Kral toyu” (“Royal Wedding”, 1951), “Meksikada bayram” (Holiday in Mexico, 1946), “Üç əziz qız” (Three Daring Daughters, 1948) və s. ekran işlərində yer aıb.

İstinadlar Qafqazinfo