Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Amerikada sürücülük etməsi ilə bağlı açıqlama verib.

Keçmiş hücumçu özünün “Youtube” səhifəsində “Uber” sürücüdə sadəcə əyləncə üçün çalışdığını olduğunu söyləyib:

“Dünya mediasına verdiyim bir müsahibə ilə gündəm oldum. Mən idmanda qalmaq istəyirəm, yaşadıqlarımla bağlı nələrisə demək istəmirəm. Çox şükür, həyatımızı idarə etməyə çalışırıq. Müsahibə verərkən “Uber”i də söylədim. Amma bunu vaxtaşırı həzz almaq üçün edirəm. Peşə olaraq sürücülük etmirəm. Kafe işlətmişəm, qəhvə satıb, qab da yumuşam. Ancaq bunları Amerikaya adaptasiya olmaq üçün etmişəm. Əlbəttə, pul qazanmaq istəyərsinizsə, bunu da edə bilərsiniz. Amma ciddi zərərlərim oldu. Səhhətimdə problem olduğu üçün həyat yoldaşım heç işləməyə icazə verməz”.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terror Təşkilatı) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

İstinadlar Y/sbh