ABŞ-da 35 milyondan çox vətəndaş noyabrda baş tutacaq prezident seçkisi üçün erkən səsvermədə iştirak edib.

Müvafiq hesablamalar bazar ertəsi günü Florida Dövlət Universitetinin professoru Maykl McDonald tərəfindən yaradılan “United States Elections Project” adlı portalda dərc edilib.

Portalın verdiyi məlumata görə, səsvermədə 35 540 036 vətəndaş iştirak edib. Ən çox erkən səsvermədə liderlik Texasda reallaşıb – 4 708 734 nəfər.