ABŞ-ın “American Airlines” aviaşirkəti Karakas və Marakaybo şəhərlərinə uçuşları dayandırıb.

Şirkət bu barədə qərarı ABŞ Pilotlar İttifaqının Venesuelaya uçuşları dayandırmaq çağırışlarından sonra qəbul edib.

Bildirilir ki, “American Airlines” təhlükəli hesab etdiyi ölkələrdə fəaliyyət göstərməyəcək.

Daha əvvəl Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bütün Amerika vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb.

İstinadlar Report