“Amazon” internet mağazasının qurucusu Jeff Bezos evsizlərə yardım etmək və yeni məktəblər açmaq üçün yaratdığı yardım fonduna 2 milyard dollar bağışlayıb.

Bezos 164 milyard dollarlıq sərvətə sahib olsa da, hər zaman çox az xeyriyyə işləri görməsi ilə tənqid olunub. İş adamı etdiyi yardımı Tvitter hesabından açıqlayıb.

Qeyd edək ki, Bezosun 1994-cü ildə yaratdığı “Amazon” bu ay 1 trilyon dollar bazar dəyərinə yüksəlib. 

 

İstinadlar Qafqazinfo