Alyaskada qızılbalıqların kütləvi ölüm halı qeydə alınıb.

Bu barədə yerli sakinlərin şikayətində deyilir.

Belə olan halda Yukonsk balıq ehtiyatları üzrə tayfalararası komissiyasının direktoru Stefani Kuinn-Devidson alimlərin müşayiəti ilə Koyukuk çayına gəlib. O təsdiq edib ki, bölgədə həqiqətən qızılbalıqların kütləvi ölümü müşahidə olunur.

Direktorun sözlərinə görə, onlar ərazidə kürütökmə zamanı təqribən 850 ölü qızılbalıq görüblər. Bununla yanaşı, mütəxəssislər ölən balıqların sayının bundan 10 dəfə artıq olduğunu iddia edirlər.

Bildirilir ki, buna Alyaska üçün yayın anomal dərəcədə isti keçnəsi səbəb ola bilər.

İstinadlar Report