Masallıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sentyabrın 7-si saat 14 radələrində 6 aylıq Nilay Tural qızı Bədəlbəyli yaşadığı Masallı şəhəri Digah küçəsindəki evdə faciəvi şəkildə ölüb. Belə ki, körpənin başı uşaq arabasının konstruksiyasının arasına keçib və boğularaq ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.