Altı gün sonra meyiti tapıldı – Video
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
FHN-in Mətbuat xidmətindən bildirilib ki, Abusət Əliyevin meyiti qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şuşadakı toyda Prezidentin xüsusi nümayəndəsi də olub – Video
Xəbər verdiyimiz kimi, Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toyunda gənclərin ailə üzvləri, qohumlar, Şuşa sakinləri, rəsmi şəxslər, o cümlədən Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov da iştiak edib.
A.Kərimov bu xoş günlə bağlı təəssüratını bölüşüb: “Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram”.
Ətarflı videomaterialda:
“28 May”dakı təmir nə vaxt yekunlaşacaq? – Video
İki aydan çoxdur ki, metronun “28 May” stansiyasının qarşısında təmir işləri aparılır.
Xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə sənədlərinə əsasən, burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq.
Layihədə əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcəyi bildirilib.
Hazırda işlərin əsas hissəsi yekunlaşıb və köhnə beton örtüyü sökülərək yenisi ilə əvəzlənib. İşlərin oktyabrda yekunlaşacağı gözlənilir.
Ətraflı videomaterialda:
Şuşadakı toydan görüntülər – Video
Xəbər verdiyimiz kimi, Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
44 günlük Vətən müharibəsi qazisi Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində təşkil olunub.
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı – Video
Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.
Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.
Filmdə antiterror əməliyyatından görüntülər yer alıb.
Həmin videonu təqdim edirik:
Göygöldə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Yeni Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Restoranlarda menyular bahalaşıb? – Video
Restoranlarda menyuların qiyməti 10-15 manat artıb.
Bu barədə “Xəzər TV” süjet hazırlayıb.
Belə ki, restoran sahibləri bu artımı ətin bahalaşması ilə əlaqələndiriblər.
Onların sözlərinə görə, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normaldır: “Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran bizə sərf etmir”.
Nəticədə bəzi menyuların qiyməti 10-15 manat artıb. Bəzi restoran sahibləri isə qiyməti stabil saxlamaq üçün menyunun tərkibində dəyişiklik edib.
Daha ətraflı videomaterialda:
FHN Sumqayıtda mülki müdafiə məşqi keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Perinatal Mərkəzində obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasıdır.
Bununla yanaşı, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Perinatal Mərkəzi ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Məşqdə ümumilikdə 6 texnika və 72 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
FHN metroda təlim keçirilib – VİDEO
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “28 may” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib:
“FHN-in “112” qaynar telefon xəttinə metronun “28 may” stansiyasının 2-ci çıxışının marş zalındakı idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri “hadisə yerinə” cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib”.
Məlumatda qeyd edilib ki, FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
“Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub”.
Yasamalda sakinlərin xəbəri olmadan evləri sökülür? – Video
Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.
Sakinlər bildirir ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb.
Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.
Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin hüquqşünası Cabbar Həsənov bildirib ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.
Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
FHN bu məntəqənin fəaliyyətini dayandırdı – Video
Gədəbəy rayonunun Düzyurd kəndində maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surəti sahibkara təqdim edilib.
“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi – Video
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.
X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bildirilib ki, həbs edilmiş şəxslər əvvəllər də məhkum olunublar.
FHN taktiki-xüsusi təlimi keçirdi – Video
Avqustun 28-29-da FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin, fövqəladə hallar könüllülərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarının və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəsislərinin iştirakı ilə paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
AFAD nümayəndələrinin iştirakı ilə keçirilən təlim Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədi daşıyıb.
Əvvəlcə, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev Dəstənin şəxsi heyəti ilə gecə və gündüz saatlarında keçirilən taktiki-xüsusi təlimin məqsəd və vəzifələrindən danışıb.
Türkiyəli mütəxəssislər – AFAD-ın INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin mentoru Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupunun üzvləri Haluk Önay Erten, Ramazan Yerli və Murat Balcı təlimdə beynəlxalq axtarış-xilasetmə təlimatlarına uyğun effektiv nəticənin əldə olunması məqsədilə Dəstənin idarəetmə, koordinasiya, axtarış və xilasetmə, logistika və tibb heyətinə müvafiq tövsiyələrini veriblər.
Taktiki-xüsusi təlim zamanı təbii və texnogen hadisələr nəticəsində dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə prosedurların tətbiqi həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq şəxsi heyətə texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına xüsusi diqqət yetirilib.
Təlim zamanı “fəlakət bölgəsi”ndə zərərçəkmiş, media, yerli dövlət qurumunun nümayəndəsi və s. istiqamətlər üzrə uğurla iştirak edən fövqəladə hallar könüllülərinə sertifikatlar təqdim olunub.
33 yaşlı kişi quyuya düşdü – Video
Şəki rayonu, Orta Zəyzid kəndinin ərazisində köməksiz vəziyyətdə qalan bir nəfər xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1991-ci il təvəllüdlü Rəsulov Yasin Ramiz oğlu dərinliyi təxminin 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Ağdamda müşahidəçidən səsvermə sonrası maraqlı ifa – Video
Ağdamda seçki məntəqəsində maraqlı anlar yaşanıb.
Müşahidəçi səsvermədən sonra “Qarabağdadır” mahnısını ifa edib.
Onun bu ifasını məntəqədə olanlar alqışlarla qarşılayıb.
Ətraflı İTV xəbərin videomaterialında:
Prezidentin xanımı və qızı ilə səsverməsindən – Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.
“Qafqazinfo” səsvermədən görüntüləri təqdim edir:
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt küçələrində parklanma qaydalarını pozan sürücüləri xüsusi texniki vasitədən istifadə etməklə cərimələyir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi paytaxt küçələrində hərəkətdə olarkən düzgün parkinq edilməmiş avtomobilləri müəyyən edir və onlar barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.
Hazırda AYNA tərəfindən pilot layihə kimi həyata keçirilən yenilik kütləvi xarakter daşımasa da, yaxın vaxtlarda bütün paytaxt ərazisini əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, qanunla müəyyən edilmiş parkinq ərazilərində, yəni “Azparkinq” sistemi üzrə park edilmiş avtomobillər də qaydalara uyğun formada park edilməsə, onlar da cərimələnir.
Xatırladaq ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə 60 manat cərimə nəzərdə tutulub.
Məsələ ilə bağlı “Xəzər Xəbər”in daha geniş süjetini təqdim edirik:
Həmçinin baxın
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Ayı ilə əlbəyaxa olan kişinin oğlu danışdı – “Mal-qaranı xilas etmək istəyib” – VİDEO
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla