Mingəçevir şəhərində güclü yanğın olub.

Hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi Bahar küçəsində Tərlan Umarova məxsus həyətdə baş verib.

Belə ki, evin həyətində olan “Opel” markalı avtomobil gecə saatlarında alovlanmağa başlayıb. Yanğın yaxınlıqdakı 3 otaqlı evə də keçib və mənzil tamamilə yanaraq kül olub.

Hadisə vaxtı mənzildə olan 3 nəfər pəncərədən çıxaraq son anda xilas ola biliblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo