
Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı artaraq 2,6 min nəfərə çatıb.
Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar.
Qeyd edək ki yanvarın 15-də 2 402 nəfərin saxlanıldığı bildirilirdi.