Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində baş verən iğtişaşlardan sonra 249 nəfəri həbs edib.

Bu barədə bazar günü keçirdiyi brifinqdə Almatı şəhərinin prokuroru Berik Juyriktaev bildirib.

“Hazırda hüquq-mühafizə orqanları tərəfindən 405 cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin sanksiyası ilə 249 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib”, – deyə o, istintaqın aparılması üçün xüsusi idarələrarası istintaq qrupunun yaradıldığını bildirib.

İstinadlar Report