Qazaxıstanın ən böyük şəhəri olan Almatıda polis “Qanun və asayiş” əməliyyatı çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Növbəti 10 gün ərzində cinayətə sıfır dözümlülük çərçivəsində polis əməkdaşları və hərbi qulluqçular küçə, həyət, meydan, bağçalar və digər ictimai yerlərdə yoxlamalar aparacaq.

Eyni zamanda miqrasiya qanunvericiliyinin, o cümlədən tikinti və ticarət sektorunda pozuntuların müəyyən edilməsi məqsədilə də yoxlanışlar keçiriləcək.

İstinadlar Report