Almaniya millisinin türk ulduzu Mesut Özil komandadan istefa verib.

Azərbaycan 24 xəbər verir ki, o, bu addımını şəxsinə qarşı irqçi kampaniya ilə əsaslandırıb.

Özil bildirib ki, Dünya Çempionatında Almaniyanın uğursuzluğundan sonra yerli media və futbol asossiasiyasının ona qarşı irqçi münasibətindən təngə gəlib:

“Mənim Ərdoğanla şəklimi paylaşıb uğursuzluğun səbəbini bununla bağlayırlar. Bütün bunlara görə bir daha  Alman millisinin formasını geyinmək istəmirəm.  Almaniya Futbol Federasiyasının mənim milli mənsubiyyətimə hörmətsizlik edirsə və bunu əks-təbliğata çevirirsə, o zaman hər kəs bilsin ki, yetər artıq, yetər! …Mən Almaniyaya qələbə qazandıranda onlar üçün ‘alman’, komanda uduzanda isə ‘miqrant’am. Mən Ərdoğanla görüşməsəydim, bu, mənim ölkəmə hörmətsizliyim olardı, çünki O, mənim ölkəmin rəhbəridir. Mənim isə iki ürəyim var: biri türk, digəri alman..”