Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq.

O, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.

“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra – Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, – XİN rəhbəri əlavə edib.

İstinadlar Report