Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek (“Yaşıllar”) ölkədə hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası (ASDP), “Yaşıllar”, Azad Demokratik Partiya (ADP)) dağıldığını açıqlayıb.
Bu barədə siyasətçi paytaxt Berlində jurnalistlərə açıqlamasında deyib.
“Bu, xüsusi bir gündür. O, “İşıqfor” hökumətinin (Almaniyanın hakim koalisiyanı – red.) dağılması ilə başa çatır”, – o vurğulayıb.
Nazirin sözlərinə görə, indi yeni seçkilərin keçirilməsi üçün “yol açmaq” lazımdır.