Almaniyanın Gera şəhərində bir neçə yüz nəfər yerli xəstəxananın binasında qaçqınlar üçün yeni sığınacaq açmaq planlarına etiraz olaraq aksiya keçirib.

Bu barədə “DPA” agentliyi məlumat yayıb.

Aksiya yerli “sağçı ekstremistlər” tərəfindən təşkil edilib. İştirakçılar həmçinin 70 avtomobilin iştirak etdiyi yürüş keçiriblər. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

İstinadlar Report