“Biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.

Bunu Almaniyanın səhiyyə naziri Yens Şpan “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yazında əhalinin koronavirusa qarşı kollektiv immunitetə nail olub epideymiyanı dəf edə bilərik: “Əgər virusun peyvənddən müdafiə olunduğu yeni variantı əmələ gəlməzsə, bu ehtimal azdır, onda biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.

Nazir deyib ki, gec-tez kollektiv immunitetə nail olacaqlar: “Bu, ya aşılanmaq, ya da yoluxmaqla mümkün olacaq. Peyvəndlənmə daha təhlükəsiz yol sayılır. Vaksin olunanların sayı çoxaldıqca yoluxma azalar, koronavirusa qarşı hələlik aşılanması mümkünsüz olan uşaqlar daha yaxşı müdafiə edilər”.

İstinadlar Report