
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Avropa rejimlərini avtokratiyalarla müqayisə etməsini qəbuledilməz adlandırıb.
O, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.
“O (Vans – Qeyd) demokratiyanı məhv etməkdən danışıb. Əgər mən onu düzgün başa düşdümsə, o, Avropanın bəzi yerlərindəki vəziyyəti avtoritar rejimlərlə müqayisə edib. Xanımlar və cənablar, bu qəbuledilməzdir!” – Pistorius vurğulayıb.
Bundan əvvəl Vens bildirib ki, avropalılar nəzarətsiz miqrasiyaya qarşıdırlar, lakin onların rəyi nəzərə alınmır. Onun sözlərinə görə, Avropa öz siyasi kursunu dəyişməlidir.