“Almaniya hazırda enerji müharibəsi vəziyyətindədir”.

Bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Biz buna dözə bilmərik və müqavimət göstərəcəyik”, – nazir deyib.

Eyni zamanda, o, bərpa olunan enerji mənbələrinin işə salınmasının vaxtının yetişdiyini vurğulayıb.

“Bazarda qiymətləri aşağı salmaq üçün hazırda 90 % dolu olan qaz anbarlarının bir hissəsi yenidən boşaldılmalıdır”, – Lindner əlavə edib.

İstinadlar Report