
İyunun 12-dən 23-dək NATO-nun hərbi təlimləri ilə əlaqədar Almaniyanın hava məkanı qismən bağlanacaq.
Bunu Almaniya Federal Aviasiya Sənayesi Assosiasiyasının baş direktoru Matias fon Randov bəyan edib.
“NATO və Hərbi Hava Qüvvələrinin hazırkı planlarına əsasən, Almaniyanın hava məkanı qismən bağlanacaq”, – Randov bildirib.