Almaniyanın daxili dövlət borcu 2023-cü ilin sonuna qədər rekord həddə çatıb və təxminən 2,45 trilyon avro təşkil edib.
Bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.
“2023-cü ilin sonuna dövlət büdcəsinin qeyri-dövlət sektoruna 2 445,1 milyard avro məbləğində borcu olub”, – idarə qeyd edib.
Qeyd olunur ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dövlət borcu 2023-cü ilin sonunda 3,3% (77,1 milyard avro) artaraq tarixi maksimuma çatıb.
Məlumata görə, bu, federal hökumətin, bələdiyyələrin və sosial təminat sisteminin borcunun artması hesabına baş verib.