“Məhz bu münaqişədə Azərbaycana qarşı bundesver döyüşsəydi, məncə qələbə şansı olmayacaqdı”.

Bunu Almaniya Müdafiə və Strategiya Tədqiqatları İnstitutunun (GIDS) müasir müharibə üsulları və yeni texnologiyalar eksperti polkovnik-leytenant Mikael Karl bildirib.

Beynəlxalq dron bazarını və dronların ötən ilki Qarabağ müharibəsindəki rolunu dəyərləndirən ekspert Almaniya ordusunun döyüş dron hücumundan qorunmaq üçün lazımı təchizata malik olmaması qənaətinə gəlib:

“Döyüş dronları və kamikaze dronları kimi tətbiq olunan silahlara qarşı biz özümüzü adekvat şəkildə qorumaq iqtidarında olmayacaqdıq. Ordu hava müdafiəsinin təkcə bu nöqsanı bizi məğlubiyyətə düçar edəcəkdi” – deyən ekspert partladıcı qurğularla təchiz olunaraq hədəfləri izləmək və vurmaq üçün istifadə olunan birdəfəlik, yaxud kamkikaze dronlarını bu növ hərbi texnikanın yeni, daha təhlükəli növü olaraq səciyyələndirib.

İstinadlar Report