Müxtəlif siyasi partiyaları təmsil edən yeddi almaniyalı deputatdan ibarət nümayəndə heyəti oktyabrın 2-dən 6-dək Tayvanın paytaxtı Taybeydə səfərdə olacaq.

Bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə Tayvanla əlaqələri kurasiya edən parlament qrupunun sədri Klaus-Piter Vilş başçılıq edəcək. O və həmkarları ada administrasiyasının rəhbəri Tsay İnven, onun müavini Uilyam Lay, xarici işlər naziri Cozef Vu, parlamentin sədri Yu Sikun ilə görüşəcək, eləcə də yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə etmək üçün elmi parka baş çəkəcək.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Tayvan ətrafında gərginlik kəskin şəkildə artıb. Səfərin başa çatmasından bir gün sonra Çin Xalq Azadlıq Ordusu Tayvan sularının altı hissəsində raket atışları ilə irimiqyaslı hərbi manevrlərə başlayıb. Bundan sonra daha bir neçə xarici nümayəndə heyəti, o cümlədən yaponiyalı qanunvericiləri və fransalı senatorlar adaya səfər edib. Çin belə səfərləri təxribat və ölkənin daxili işlərinə müdaxilə hesab edir.

İstinadlar Report