“Almaniya üçün Alternativ” partiyasından deputat seçilən Yorq Dornau Belarusda olan biznesini gizlətdiyinə görə cərimələnəcək.

Bu barədə “Die Welt” nəşri araşdırma aparıb.

Belə ki, Dornau 2020-ci ildən Belarusda kənd təsərrüfatı biznesinin sahibi kimi qeydiyyatdan keçib. Onun şirkəti ölkənin Vahid Dövlət Reyestrində “Tsıbulka Bel” MMC adı ilə qeyd olunub.

Məlum olub ki, Dornaunun şirkəti Qrodno vilayətinin Lida rayonunda bir neçə yüz hektar sahədə tərəvəz, bostan və kök bitkiləri yetişdirir. Almaniya qanunlarına görə, deputatlara belə bizneslə məşğul olmaq qadağan edilmir, lakin Dornau bəyannamədə öz müəssisəsini göstərməyib.

“Dornau parlamentə Belarusda hər hansı biznes fəaliyyəti ilə bağlı heç bir məlumat verməyib”, – məlumatda deyilir.

İstinadlar Report