“İşğaldan azad olunmuş ərazilərə səfər etmək unikal şansdır, çünki uzun müddət bu mümkün deyildi”.

Bunu “Report”un əməkdaşına Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan almaniyalı səyyah Fabian Veydemann deyib.

O qeyd edib ki, bu ərazilərə baş çəkmək və bu yerlərin necə dəyişdiyinin canlı şahidi olmaq çox maraqlıdır.

Alman səyyah Azıx mağarasını ziyarət etdikdən sonra təəssüratlarını bölüşüb:

“Çox qaranlıq və sıxlıq idi. Bu mağarada ibtidai insanların qalıqlarının – dünyada tapılan ən qədim insan qalıqlarından birinin aşkar edilməsi mənə maraqlı gəldi”.

“Bu, Azərbaycana və ümumiyyətlə, Cənubi Qafqaz regionuna ilk səfərimdir. Cəmi iki gündür buradayam. Heç bir gözləntim yox idi, amma Bakının gözəlliyi məni çox heyran etdi. Çox gözəl və müasir şəhərdir”, – o əlavə edib.

İstinadlar Report