Almaniyada yaşayan 27 Ermənistan vətəndaşı “Readmisiya sazişi”nə əsasən ölkələrinə deportasiya ediliblər.

“Report”un Avropa bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən əldə etdiyi məlumatda deyilir ki, ötən gün Almaniyanın müxtəlif əyalətlərindən Köln-Bonn hava limanına gətirilən Ermənistan vətəndaşları çarter reysi ilə ölkələrinə deportasiya ediliblər.

Deportasiya prosesi zamanı David Babayan adlı Ermənistan vətəndaşı polisə müqavimət göstərib, deportasiya prosesindən yayınmağa cəhd edib. Hava limanı mühafizəçilərinin müdaxiləsi ilə Babayan ailəsi təyyarə mindirilib.

İstinadlar Report