Almaniyada yaşayan azərbaycanlılar bu gün saat 14-dən 17-dək Almaniyanın paytaxtı Berlin şəhərinin Brandenburq qapıları önündə dinc aksiya keçirirlər.
Aksiyanın məqsədi Almaniya mediasında və vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yanlış məlumat və təhriflərə dolu informasiya hücumuna son qoyulmasıdır.