
Almaniyanın Herford şəhərində yaşayan azərbaycanlı, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.
Həmçinin, müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda, ABŞ-nin öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.
Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.