“İşə sahib olmaq ukraynalıların Almaniyada qalması üçün məcburi şərtə çevrilməlidir”.

Bu barədə “Xristian Sosial Birliyi”nin Bundestaqdakı qrup sədri Aleksandr Dobrindt bildirib.

Onun sözlərinə görə, ukraynalı qaçqınlara qarşı iki prinsip tətbiq edilməlidir – Ya Almaniyada işləmək, ya da Qərbi Ukraynanın təhlükəsiz bölgələrinə qayıtmaq.

O qeyd edib ki, ukraynalı qaçqınlara dövlət tərəfindən ödənişlər fövqəladə tədbirdir. Dobrindt hesab edir ki, ukraynalılar bu vəziyyətdən razıdırlar, çünki onlar iş axtarmaq əvəzinə müavinətlə yaşayırlar.

Rəsmi məlumatına görə, Almaniyada 700 min ukraynalı pul kompensasiyası alır, onlardan təxminən 480 mini əmək qabiliyyətli yaşdadır.

İstinadlar Report